Xəzərdə yanan yük gəmisi sahilə çıxarılır (YENİLƏNİB-2)

Xəzərdə yanan yük gəmisi sahilə çıxarılır (YENİLƏNİB-2)
13 2017 09:18

“Akademik Zərifə Əliyeva” gəmi-bərəsi təhlükəsiz vəziyyətdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İrgiz” yedək gəmisi ilə sahilə yan almaq üzrədir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, gəmi heyəti özünü yaxşı hiss edir. Hazırda gəminin baş mühərrik bölməsində elektrik naqillərinin hansı səbəbdən tüstüləndiyi araşdırılır. Gəmiçiliyin sədri Rauf Vəliyev və texniki direktor Nurməhəmməd Talıbov da hazırda gəmi-bərənin göyərtəsindədir.

X X X

17:48

Bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-yə məxsus "Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstüləmə müşahidə edilib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb.

Gəmidə təhlükəli yük olmayıb. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

X X X

15:57

Xəzərdə yük gəmisində yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Akademik Zərifə Əliyeva” adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” və Aviasiya dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Akademik Zərifə Əliyeva” ro-ro yük gəmisi 2006-cı ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Akademik Zərifə Əliyeva” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.


30 Noy 2023
Cəmiyyət

Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar - SİYAHI

Xankəndidəki Qarabağ Universitetində tədris olunacaq ixtisaslar açıqlanıb.

30 Noy 2023
Cəmiyyət

Ceyhun Bayramov isveçli həmkarı ilə regional məsələləri müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopyedə İsveçin xarici işlər naziri Tobias Billströmlə görüşüb.

30 Noy 2023
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

30 Noy 2023
Cəmiyyət

Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.