Xəzərdə Azərbaycanın xüsusi gəmiləri üzəcək

Xəzərdə Azərbaycanın xüsusi gəmiləri üzəcək
30 2017 14:01

Xəzər dənizinin Azərbaycan sularında yanğın əleyhinə, yanğın hadisələrinin qarşısını alaraq təhlükəsizliyi təmin edən xüsusi və ən müasir gəmilərin istismarı nəzərdə tutulub.

REALPRESS.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Odessa Dəniz Mühəndisliyi Bürosunun direktoru Gennadi Yeqorov bildirib.

“Biz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) ilə əməkdaşlıq edirik və gələcək üçün birgə planlarımız var. Bu gəmilər Xəzərdə istənilən hava şəraitində yanğının qarşısını alıb, söndürə və insanları xilas edə bilər. Belə gəmilər Xəzər üçün çox önəmli su nəqliyyat vasitələridir”, - deyə G.Yeqorov qeyd edib.

Onun sözlərinə görə, AXDG həmçinin tankerlər, kran-montaj gəmiləri, təchizat gəmiləri də almağı planlaşdırır: “Bu planlar eskiz şəklində mövcuddur və gəmçiliyin dəniz parkının genişlənməsi dövlət maliyyəsi hesabına həyata keçirilir”.

Xatırladaq ki, hazırda Bakı Gəmiqayırma Zavodunda odessalı mütəxəssislərin də iştirakı ilə 132 mln. manat dəyərində iki unikal gəmi-bərə tikilir.


30 Noy 2023
Cəmiyyət

Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar - SİYAHI

Xankəndidəki Qarabağ Universitetində tədris olunacaq ixtisaslar açıqlanıb.

30 Noy 2023
Cəmiyyət

Ceyhun Bayramov isveçli həmkarı ilə regional məsələləri müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopyedə İsveçin xarici işlər naziri Tobias Billströmlə görüşüb.

30 Noy 2023
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

30 Noy 2023
Cəmiyyət

Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.