Xəzər dənizində baş verən güclü külək və fırtına səbəbindən “Gürcüstan Dəmir Yolları” SC vasitəsilə Azərbaycandan keçməklə Mərkəzi Asiya ölkələrinə bərə ilə hərəkət edən tranzit yüklərin daşınması gecikir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov AZƏRTAC-a deyib.
O bildirib ki, Xəzər dənizində baş verən fırtına və güclü külək səbəbindən Gürcüstandan gələrək Azərbaycandan keçən və əks istiqamətdə hərəkət edən vaqonların daşınması dayandırılıb. Hazırda 1045 vaqon - 602-si Azərbaycanda, 443-ü isə Gürcüstan ərazisində toplanıb.
N.Əzməmmədovun sözlərinə görə, əks istiqamətdə daşımalarda da gözləmə baş verir. Belə ki, Türkmənistanın Türkmənbaşı limanında 339 ədəd vaqon, Qazaxıstanın Aktau limanında isə 226 vaqon toplanıb.
Mətbuat katibi qeyd edib ki, problemin aradan qaldırılması üçün “Gürcüstan Dəmir Yolları” SC ilə danışıqlar aparılır və iş koordinasiyalı şəkildə həyata keçirilsin.
Rusiyanın Tula vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakıda səfərdədir. Tula vilayətində istehsal edilən məhsulların Azərbaycana tədarükü ilə bağlı müqavilələrin imzalanması gözlənilir.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.