Xətai rayonunda elektrik enerjisi verilişi nə vaxt bərpa olunacaq?

Xətai rayonunda elektrik enerjisi verilişi nə vaxt bərpa olunacaq?
05 2017 10:32

Bakının Xətai rayonunun bir hissəsində elektrik enerjisi təchizatında problem yaranıb.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gecə saatlarında “Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq “Əhmədli” yarımstansiyasında baş vermiş qısaqapanma nəticəsində avadanlıqlarda bir sıra fəsadlar yaranıb. Nəticədə rayonun S.Mehmandarov küçəsi, Məhəmməd Hadi, Gəncə prospekti və digər yaşayış massivlərində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb.

Bildirilib ki, “Azərenerji” ASC və “Azərişıq” ASC əməkdaşlarının birgə operativ səyləri nəticəsində yaxın bir saat ərzində elektrik enerjisi təchizatı tam bərpa olunacaq.

“Azərişıq” ASC yaranmış narahatlığa görə abonentlərdən üzr istəyir.


18 Apr 2025
Cəmiyyət

Azərbaycan buğda idxalını 36 %-ə yaxın artırıb

Bu ilin I rübündə Azərbaycana 287 min 995 ton buğda idxal edib.

18 Apr 2025
Cəmiyyət

Başlıbel sakini yaşadığı dəhşəti danışdı: "Güllə üstümüzə dolu kimi yağırdı"

Bu gün Başlıbel qətliamının ildönümüdür. Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 32 il ötür.

18 Apr 2025
Cəmiyyət

Suraxanıda I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra nəşinin qalıqları tapılan şəhid hərbi qulluqçu Mübariz Sabəddin oğlu Hüseynov dəfn olunub.

18 Apr 2025
Cəmiyyət

Şənbə gününün hava proqnozu açıqlanıb - 19.04.2025

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

18 Apr 2025
Cəmiyyət

Bəzi çaylarda suyun səviyyəsi artıb

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.