"Azərbaycanda “Pasiyentlərin hüquqlarının qorunması haqqında” yeni qanun layihəsi hazırlana bilər".
Bunu Trend-ə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqinə artıq start verilib: “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun da icbari tibbi sığorta ilə sıx bağlı olacaq bir qanundur. Hesab edirəm ki, biz komitə olaraq yaz sessiyasında bunun da üzərində işlərə başlaya bilərik”.
Millət vəkili əlavə edib ki, “Psixoloji yardım haqqında” qanun layihəsi artıq bütün müvafiq qurumlarla razılaşdırılıb:
“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi ilə bağlı məsələlər də həllini tapıb. Hər iki qanun layihəsi bu il Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarıla bilər".
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Hər birimiz qızıl medal qazanmaq istəyirdik. Amma olmayanda olmur. Əsas hədəfimiz 2024-cü ildə Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarıdır”.
Filmdə Ulu Öndərin sovet hakimiyyəti və müstəqillik dövründə turizmin inkişafı üçün qəbul etdiyi qərarlardan, vaxtında və məqsədyönlü şəkildə atdığı müdrik addımlardan, bu uğurlu siyasətin davamı olaraq son 20 ildə turizmə ölkə rəhbərliyi tərəfindən diqqətin göstərilməsi sayəsində turizm qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsindən bəhs olunur.