Xərçəngə qarşı mübarizə aparan nanorobotlar

Xərçəngə qarşı mübarizə aparan nanorobotlar
04 2017 13:19

Alimlər illərdir həssas əməliyyatlarda istifadə etmək üçün robot texnologiyasını inkişaf etdirməyə çalışırlar. Son zamanlar robotların köməyi ilə ən çətin xəstəliklərin qarşısını almaq mümkün olub. Hazırda tədqiqatçılar nanotexnologiyalar sayəsində xərçəngə qarşı mübarizə aparan mikroskopik robotlar hazırlamağa başlayıblar.

AZƏRTAC “Science Robotics” jurnalına istinadla xəbər verir ki, “Phillips Innovative Technologies” laboratoriyasında hazırlanan bu nanorobotlar tibb sahəsində indiyədək mümkün olmayan müalicə üsullarına yol açacaq. Robotlar maqnetik sahə ilə uzaqdan idarə ediləcək.

Əvvəllər hazırlanan robotlara fərqli proseslər üçün yeganə bir siqnalla nəzarət etmək mümkün deyildi. Yeni kəşf edilən texnologiya sayəsində isə nanorobotlar mürəkkəb vəzifələri yerinə yetirməkdə heç bir çətinlik çəkmirlər.

Hazırda alimlər nanorobotlar vasitəsilə xərçəngə qarşı mübarizə aparan radioaktiv nüvələri şişlərin içinə yerləşdirməyə çalışırlar. Əgər müsbət nəticə əldə edilsə, çox az yan təsirlə bir çox xərçəng növünün müalicəsi mümkün olacaq.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.