Xərçəng xəstəliyi robotlar vasitəsilə müalicə ediləcək

Xərçəng xəstəliyi robotlar vasitəsilə müalicə ediləcək
10 2017 11:18

Çin alimləri bədxassəli şişlərlə mübarizə üçün yeni üsul hazırlayaraq "3D" printer vasitəsilə strukturunu hidrogellə işləyən maddənin təşkil etdiyi kiçik robotlar yaratmağa nail olublar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, robotlar dəri örtükləri arasından insan bədəninə daxil olaraq orqanizm daxilində doksorubisin dərman maddəsi qatını bərabər və tədricən bölüşdürür. Alimlər dərmanın bu üsulla daxil edilməsini ənənəvi analoqlarla müqayisədə daha effektiv olacağına ümid edirlər. Kənardan xüsusi enerji doldurma tələb etməyən robotlar nə batareya, nə akkumulyator, nə də elektrik şəbəkəsindən enerji toplamaq üçün naqillərlə təchiz edilməyiblər. Mexanizmlər elektromaqnit dalğalarının şüalandırılmasının köməyi ilə idarə olunur.
 
Məlumata görə, yeni xərçəng müalicəsi metodunun effektivliyi artıq sınaqdan keçirilib. Belə ki, təcrübədə iştirak edən siçanlar texnologiyanın təsirindən sonra xəstəliklə mübarizədə müəyyən rahatlıq hiss etməyə başlayıblar. Onların xərçəng hüceyrələri yox olmasa da, yeni metastazların yayılmasının qarşısını, demək olar, almaq mümkün olub. Hidrogel əsaslı robotların insanın onkoloji xəstəliklərlə mübarizəsinə hansı effekti göstərəcəyi hələ ki naməlumdur.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.