Xarici işlər naziri İƏT-in Baş katibi ilə görüşüb

Xarici işlər naziri İƏT-in Baş katibi ilə görüşüb
19 2017 09:55

Kuala-Lumpur şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak etmək üçün Malayziya Respublikasına səfər edən xarici işlər naziri Elmar Məmmədyarov İƏT Baş katibi Yusif Əl Osaymin ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla İƏT arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş katib Y.Ə.Osaymin Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirdi və ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.

E.Məmmədyarov 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamı haqqında həmsöhbətə məlumat verib. İƏT Baş Katibi Azərbaycan Prezidentinin bu sərəncamının yüksək qiymətləndirildiyini və təqdir edildiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın İƏT çərçivəsində həmrəyliyin güclənməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edərək ölkəmizin ev sahibliyi edəcəyi İslam Həmrəylik Oyunlarının bu məqsədin inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib. İƏT Baş katibini Azərbaycana səfərə dəvət edən nazir təşkilata üzv dövlətlərin idmançılarının qarşıdan gələn İslam Oyunlarında fəal iştirak edəcəyinə ümidvarlığını bildirib. İƏT Baş katibi dəvəti məmnuniyyətlə qəbul edib.

E.Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılmasının və onun ilk təsisat iclasının keçirilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı ölkəmizin haqlı və ədalətli mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq birmənalı şəkildə dəstəklənməsinə və bu xüsusda qəbul edilmiş qətnamə və bəyanatlara görə İƏT Baş katibi və üzv dövlətlərə öz təşəkkürünü bildirib.

Görüşdə İƏT-in gündəliyində duran mövzular, Rohinqa müsəlmanlarının vəziyyəti, terrorizmə və İsmafobiya meyllərinə qarşı mübarizə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


24 Yan 2025
Siyasət

"Azəriqaz"ın rəhbəri Salyan sakinləri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb.

24 Yan 2025
Siyasət

Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb.

24 Yan 2025
Siyasət

Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir

Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.

24 Yan 2025
Siyasət

Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib.

24 Yan 2025
Siyasət

Sahibə Qafarova Cahit Bağçını qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin Bakıdakı səfiri Cahit Bağçını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.