Xaricdən gətirilən bəzi dərmanların satışı dayandırılıb

Xaricdən gətirilən bəzi dərmanların satışı dayandırılıb
02 2017 14:49

Bəzi xarici ölkələrdə istehsal olunan və Azərbaycana gətirilən dərman preparatlarının satışı dayandırılıb.

REALPRESS.Az xəbər verir ki, bu barədə AzNews.az-a sakinlər məlumat veriblər. 

Sakinlərin şikayəti əsasında bir neçə aptekdə keçirdiyimiz sorğundan sonra məlum olub ki, artıq 10 gündür apteklərə xaricdə istehsal olunan dərmanların göndərilməsi dayandırılıb. Buna görə də, hətta xaricdə istehsal olunmuş, çox ucuz qiymətə satılan dərmanları da tapmaq mümkün deyil.

Tibbi ekspert, professor Aqil Qeybulla AzNews.az-a açıqlamasında bəzi xarici ölkə istehsalı olan dərman preparatlarının satışının dayandırılmasının gözlənilən olduğunu qeyd edib:

“Dərmanların qiymətində izah olunmayan artımlar var və bu günbəgün artmaqda davam edir. Xarici istehsal olan dərmanların satışının dayandırılmasının birinci səbəbi budur. İkinci səbəb isə bəzi dərman preparatlarının Azərbaycana gətirilməsinin sərfəli olmamasıdır. Məhz buna görə də, sahibkarlar həmin dərman preparatlarını Azərbaycana gətirmək istəmirlər. Dərman preparatları xarici ölkələrdən dollarla alınır. Dollar qalxdıqca, dərmanların da qiyməti qalxır”.

Aqil Qeybulla qeyd edib ki, vəziyyətin qəfildən bu şəkildə dəyişməsi, əlbəttə ki, ürəkaçan deyil:

“Həkimlərin özlərinin də təsirinə və keyfiyyətinə güvəndiyi xeyli dərman preparatları artıq satışdan yığışdırılıb. Bu da həkimlərin işində xeyli problem yaradıb. Bu dərmanlara qarşı həkimlərdə xeyli inam vardı. Hesab edirəm ki, bunların qaydasına düşməsi üçün dərman preparatlarının Dövlət Reystri yaradılmalıdır. Bütün dərman preparatları qeydiyyata alınmalıdır. Sahibkarlar da xarici istehsal olan dərmanları Azərbaycana gətirib bazarla tənzimləməlidirlər. Bu məsələyə kənardan müdaxilə olduqca, problem daha da böyüyəcək”.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.