Xaricdə yaşayan Türkiyə vətəndaşlarının konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs vermə prosesi başlayıb.
Bu barədə Trend Türkiyənin Ali Seçki Şurasına istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, ölkə xaricində səsvermə martın 27-dən aprelin 9-dək, sərhəd-keçid məntəqələrində martın 27-dən aprelin 16-dək davam edəcək.
Türkiyədən kənarda 3 milyona yaxın seçici yaşayır. Onlar 57 ölkədə Türkiyənin 119 diplomatik nümayəndəliyində səs verə bilər.
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları aprelin 9-u Bakıdakı səfirlikdə, eləcə də Gəncə və Naxçıvandakı konsulluqlarda səs ver bilərlər. Azərbaycanda 6 mindən çox türk vətəndaşı yaşayır.
Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum aprelin 16-ı keçiriləcək.
İranın Azərbaycandakı səfirliyi yayılan “İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb və bu ölkəyə silah və yanacaq verib” informasiyanı təkzib edib.
Azərbaycanı qələbəyə aparan yolda əhəmiyyətli cığır açan 2016-cı ilin Aprel döyüşləri və ondan az sonra başlayan danışıqlar prosesləri ilə bağlı yeni detallar üzə çıxır.
Fevralın 26-da Prezident İlham Əliyevin dörd saatdan çox davam edən mətbuat konfransı bir sıra aktual məsələlərin səsləndirilməsi beynəlxalq medianın diqqəti baxımından olduqca önəmli hadisə oldu.