Dekabrın 17-də “ADA” Universitetində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsinin məqsədi dayanıqlı inkişafın təmini üçün yeni nəsil mütəxəssislərin yetişdirilməsində xarici ölkələrdə təhsil almış gənclərin fəal iştirakının təmin olunmasıdır.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, dövlətimizin başçısının şəxsi təşəbbüsü ilə 2007-ci ildə ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması məqsədilə 3.500-dən çox tələbə təqaüdlə dünyanın qabaqcıl universitetlərində təhsil almaq hüququ qazanıb, 1.470 məzun təhsilini başa vurub. Məzunlar dövlət və özəl sektorlarda müxtəlif vəzifələr tutmaqla yanaşı, ölkənin ali təhsil müəssisələrində akademik fəaliyyətə cəlb olunublar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.