Dekabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xalq Yazıçısı Mövlud Süleymanlı ilə tələbələrin görüşü olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, “Milli mentalitet və mütaliə mədəniyyəti” layihəsi çərçivəsində keçirilən görüşdə universitetin tərbiyə işləri üzrə prorektoru Ata Babayev mütaliənin dünyagörüşün inkişafında mühüm rolundan danışıb.
Görüşdən məmnunluğunu yazıçı M.Süleymanlı milli-mənəvi dəyərlərimizin əhəmiyyətindən bəhs edib, bədii ədəbiyyat barədə fikirlərini bölüşüb, gəncləri mütaliəyə çağırıb, onlara tövsiyələrini verib.
Tələbələrin suallarını cavablandıran yazıçı onlara kitablarını hədiyyə edib.
Azərbaycan mediasi ötən 150 ildə çox şərəfli yol keçib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".