Xalça Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Xalça Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
20 2017 16:29

Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunub.

Muzeydən Trend-ə verilən məlumata görə, anım mərasimində 20 yanvar şahidi, yazıçı publisist Əmir Pəhləvan, AMEA-nın A.Bakıxanov aadına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova, 20 Yanvar Fondunun sədri Şövqi Bünyadzadə, “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyin sədri Naibə Behbudova, İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr olunan "Sədaqət" xalçasının müəllifi Səməd Təbrizli çıxış edərək öz acı xatirələrini bölüşüblər.

Tədbirdə 20 Yanvar şəhidləri İlham və Fərizə həsr olunan Səməd Təbrizlinin müəllifi olduğu "Sədaqət" xalçası tədbir iştirakçılarına təqdim olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin dərnək üzvləri “Şəhidlər yaşayır” adlı rəsm sərgisi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dramaturq-yazıçı Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” adlı tamaşasından bir hissə, Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdlərinin ifasında musiqili kompozisiya nümayiş olunub.


17 İyul 2025
Cəmiyyət

Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI

Bu ilin 6 ayında Azərbaycan İtaliyaya 3 milyard 602 milyon 341,97 min ABŞ dolları dəyərində 6 milyon 820 min 798,97 ton, Çexiya 449 milyon 595,51 min ABŞ dolları dəyərində 846 min 461,39 ton, Xorvatiya 408 milyon 862,68 min ABŞ dolları dəyərində 744 min 703,91 ton xam neft ixrac edib. Rumıniya 378 milyon 39,37 min ABŞ dolları dəyərində 685 min 972,26 ton və Portuqaliyaya 310 milyon 369,1 min ABŞ dolları məbləğində 576 min 34,89 ton neft tədarük edilib.

17 İyul 2025
Cəmiyyət

Bakıda ötən ay 435 mindən çox insan mikromobillik vasitələrindən istifadə edib

Bu ilin iyun ayında Bakıda 435 270 nəfər mikromobillik vasitələrini seçib.

17 İyul 2025
Cəmiyyət

Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər köçürülüb.  

17 İyul 2025
Cəmiyyət

Sabah çimərliklərdə suyun temperaturu neçə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.