XİN: Azərbaycan həmsədrlərlə birgə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək

XİN: Azərbaycan həmsədrlərlə birgə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək
12 Dek 2016 17:38

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskonti ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi barədə fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycanın Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini bildirib.


29 Apr 2025
Siyasət

Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıqla bağlı potensialın reallaşdırılması müzakirə edilib.

29 Apr 2025
Siyasət

"Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı keçirilib

Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı və təqdimatı keçirilib.

29 Apr 2025
Siyasət

AMB sədrinin I müavini ABŞ-nin maliyyə sektorunun nümayəndələri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində bu ölkənin "J.P. Morgan Chase" Bankının İdarə Heyətinin sədrinin müavini Daniel Zelikov, eləcə də "Citi Group” şirkətinin Avropa, Yaxın Şərq və Şimali Afrika regionu üzrə ictimai sektorunun rəhbəri və idarəedici direktoru Georgiy Yordanovla görüş keçirib. 

29 Apr 2025
Siyasət

Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.