XİN: Azərbaycan enerji təminatının şaxələndirilməsində Almaniyanın strateji tərəfdaşıdır

XİN: Azərbaycan enerji təminatının şaxələndirilməsində Almaniyanın strateji tərəfdaşıdır
08 2017 12:08

Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov almaniyalı həmkarına ünvanladığı məktubunda diplomatik münasibətlərin qurulduğu andan etibarən ölkələrimiz arasındakı əlaqələrin dinamik şəkildə inkişaf etdiyini və müxtəlif sahələri əhatə etdiyini bildirib. Hazırda Azərbaycanın Almaniya və Avropa İttifaqının Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşı olduğunu qeyd edən nazir ikitərəfli əlaqələrin inkişafında böyük potensialın mövcudluğunu vurğulayıb.

Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin tarixinin təkcə diplomatik münasibətlərin qurulması ilə məhdudlaşmadığını və daha dərin köklərə malik olduğunu qeyd edən nazir Elmar Məmmədyarov 2017-ci ildə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olduğunu bildirib. Azərbaycanda almanlara məxsus tarixi-mədəni irsin mövcudluğunun ölkələrimiz arasındakı münasibətlərin mühüm simvoluna çevrildiyini vurğulayıb.

Almaniyanın xarici işlər naziri Siqmar Qabriel Elmar Məmmədyarova göndərdiyi məktubda iki yüz il əvvəl şvab almanlar tərəfindən Azərbaycan ərazisində əsası qoyulmuş Helenendorf kimi yaşayış məntəqələrinin iki ölkənin birgə mədəniyyət irsi olduğunu qeyd edib.

Almaniyalı nazir Azərbaycanın ölkəsinin enerji təminatının şaxələndirilməsində strateji tərəfdaşı olduğunu bildirib. Almaniyanın Azərbaycanın müasirləşmə səylərində, iqtisadiyyatın şaxələndirilməsində və demokratik inkişafında bundan sonra da etibarlı tərəfdaşı olmaqda davam edəcəyini diqqətə çatdırıb.

İki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi sahədə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayan Siqmar Qabriel Alman-Azərbaycan iqtisadi forumunun buna bariz nümunə olduğunu qeyd edib.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.