XİN etiraz edir: Bu, Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir

XİN etiraz edir: Bu, Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir
13 2017 14:39

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Şən və hazırcavablar klubu”nun (KVN) Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının 10-23 yanvar 2017-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvətinə münasibətdə təəssüfünü və narazılığını bildirir.

XİN-in Trend-ə daxil olan bəyanatında bildirilir ki, Azərbaycan ictimaiyyəti, ölkəmizin çoxsaylı KVN sevərləri və KVN həvəskarları “С хлебом и солью” və “DeleYaman” komandalarının 28-ci KVN festivalına dəvətini təxribatçı və qərəzli addım kimi qiymətləndirərək buna kəskin etiraz edirlər:

"Azərbaycan daim KVN hərəkatının ruhunu, məqsədlərini, insanlar və xalqlar arasında sülhü və dostluğu təşviq edən məramlarını dəstəkləyib. Ölkəmizin KVN komandaları ənənəvi olaraq KVN yarışları və festivallarında fəal iştirak edib və bu hərəkatın inkişafına öz töhfələrini veriblər. Azərbaycan KVN komandasının əldə etdiyi son nailiyyətlər də bunun bariz göstəricisidir. Lakin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının 28-ci Beynəlxalq KVN festivalına dəvəti mədəniyyətin və KVN-in siyasiləşdirilməsi məqsədi daşıyaraq, KVN hərəkatının məqsəd və məramları ilə bir araya sığmır, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir.

Bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir və ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. “КВН” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi 28-ci Beynəlxalq KVN festivalında “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakına şərait yaratmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulmasını dəstəkləyən qeyri-dost hərəkət nümayiş etdirir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, işğal olunmuş ərazilərdə törətdiyi qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin, separatizmin təbliğinə və təşviqinə xidmət edir. Tədbirin təşkilatçılarına məlumdur ki, separatizmdən qaynaqlanan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazilərinin 20 faizi işğal olunub və bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmək məcburiyyətində qalıb.

Ümid edirik ki, “КВН” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi separatizmin təbliğini qarşısına məqsəd qoyan və KVN-in xalqlar arasında dostluğu, əmin-amanlığı və sülhü təşviq edən məramlarının ruhuna xələl gətirən belə təxribatçı komandaların iştirakına yol verməyəcək".


30 Mar 2023
Siyasət

Aprelin 2-də 27 mindən çox abituriyent imtahana verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də növbəti imtahanları keçirəcək.

30 Mar 2023
Siyasət

Əminə Ərdoğan zəlzələ ilə əlaqədar Azərbaycanın dəstəyini yüksək qiymətləndirib

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü ifadə edib.

30 Mar 2023
Siyasət

Ermənistan 704 yaşayış məntəqəmizin adını dəyişib - VİDEO

“Toponimlərimizin dəyişdirilməsi ötən əsrin 35-38-ci illərindən başlayıb”.

30 Mar 2023
Siyasət

Ərdoğan: “TANAP-dan Macarıstana təbii qazın çatdırılması üçün Azərbaycanla hər cür dəstəyi göstərməyə hazırıq”

“Biz TANAP-dan Macarıstana təbii qazın çatdırılması üçün Azərbaycanla hər cür dəstəyi göstərməyə hazırıq”.