Windows 10 kompüteri avtomatik bağlayacaq

Windows 10 kompüteri avtomatik bağlayacaq
14 2017 09:05

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminə istifadəçi fərdi kompüterdən uzaqlaşanda onu avtomatik bloklamağa imkan verəcək "Dynamic Lock" adlanan funksiya üzərində çalışır.

REALPRESS.Az ICTnews-a istinadən bildirir ki, funksiya yeni sınaq "Windows 10 Microsoft" quraşdırmasında yer alıb. Əməliyyat sistemi istifadəçinin iş yerini tərk etməsini aşkarladığı halda kompüteri avtomatik bağlayan "Dynamic Lock" funksiyasının adının gələcəkdə "Windows Goodbye" olacağı ehtimal edilir.

Hazırda istifadəçinin kompüterin qarşısını tərk etməsinin necə müəyyənləşdirilməsi barədə məlumat verilmir. Bu, yaxınlaşma ötürücülərinə əsaslanma və ya kompüterin istifadəçiyə "Windows Hello" vasitələri ilə quraşdırılmış kamera ilə nəzarət edəcəyilə mümkündür.

Funksiyanın kompüterdə məxfi informasiya saxlayan və tez-tez ondan uzaqlaşan ofis işçiləri üçün faydalı olacağı bildirilir.  

"Dynamic Lock" funksiyasının təqdim edilməsi bu ilin aprelində gözlənilən gələcək "Windows 10 Creators Update" yenilənməsinin tərkib hissəsi olacağı gözlənilir.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.