WhatsApp-dan qəfil qərar

WhatsApp-dan qəfil qərar
06 Dek 2016 09:55

Populyar "WhatsApp" messencerinin tərtibatçıları bu ilin sonunadək servisin köhnə qurğuları dəstəkləməsini dayandıracağını bir daha xatırladıblar. Bu barədə ilk dəfə ilin əvvəlində elan edilsə də, bəzi istifadəçilərin bundan xəbərsiz ola bilməsi ehtimal edilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2017-ci ildən etibarən "Android 2.1" və "Android 2.2", "Windows Phone 7.1" və "iOS 6" (və ya iPhone 3GS) əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğu sahibləri servisdən yararlana bilməyəcəklər. Əvvəlcə bu siyahıda "Nokia S40", "Nokia Symbian S60", "BlackBerry 10" və "BlackBerry OS" sistemləri olsa da, şirkət sonradan onların dəstəklənməsini 30 iyun 2017-ci ilədək uzatmaqla bağlı qərar qəbul edib.

Məlumata görə, köhnə qurğuların dəstəklənməsinin dayandırılması onların tərtibatçıların messencerə əlavə etdikləri yeni funksiyalarla uyğun gəlməməsi ilə əlaqədardır.

Qeyd edək ki, son vaxtlar xidmətdə bir çox yeniliklər, o cümlədən ikifaktorlu autentifikasiya sistemi, videozənglərin dəstəklənməsi, fotoşəkillər üçün stikerlər, statuslar, çatlar üzrə axtarış, qruplara istinadlar və s. istifadəyə verilib.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.