"Google"un yeni kodlaşdırıcısı vasitəsilə JPEG fayllar artıq 35% daha kiçik ölçülü olacaq. Ölçü baxımından daha kiçik JPEG-lər də eyni zamanda daha sürətli web saytlar deməkdir.
Sürət, internetdə ən vacib faktorlardan biridir. Bir qayda olaraq hamıya məlumdur ki, internetdəki faylın, səhifənin, videonun ölçüsü nə qədər kiçik olarsa sürət də bir o qədər yüksək olacaq. "Google" bu prinsipi əsas götürərək yeni açıq mənbəli JPEG kodlayıcı hazırlayıb. Bu kodlaşdırma vasitəsilə JPEG faylların görüntü keyfiyyəti qorunmaqla, ölçüləri kiçildiləcək və bununla da səhifələr daha sürətli yüklənəcək.
"Google" bu yeni üsula İsveçrədə istifadə olunan Alman dilindən tərcümədə "cookie" (çərəz) mənasını verən, "Guetzli" adını verib. "Google"un dediyinə görə bu yeni üsul, yüksək keyfiyyətli JPEG faylları, mövcud kodlaşdırmayla müqayisədə 35% daha kiçik ölçülərlə yükləyə bilər. Guetzli üsulunun daha bir üstün cəhəti isə, hal hazırda mövcud olan bütün brauzerlərə və tətbiqetmələrə uyğun olmasıdır.
Bununla yanaşı "Google"un bir neçə yeni proyekti də var. "Google" mühəndisləri, "Zopfli" (format uyğunluğunu pozmadan daha kiçik ölçülü PNG fayllar yarada bilən kodlaşdırıcı) və "WebP" (yüksək ölçülü fayllar üçün həm itkisiz, həm də itkili sıxışdırılmanı dəstəkləyən yeni şəkil formatı) adlandırılan iki yeni formatda kodlaşdırma hazırlamağı planlaşdırırlar.
Pişik gözünün 20x24 piksellik görüntüsü. Solda: sıxışdırılmamış orijinal. Ortada: standart libjepg kodlaşdırıcı.
Sağda: Guetzli kodlaşdırıcı istifadə olunan. "Google" bu şəkildə yeni kodlaşdırmada heç bir keyfiyyət itkisinin olmadığını sübut etməyə çalışır.
“WhatsApp” messencerinin kompüter versiyası üçün artıq səsli və video zənglər əlçatandır.
Uzun illər boyu regionların inkişafı və abadlaşdırılması sənayeləşmə və aqrar sektorun inkişafı ilə bağlı idi. Ötən yüzillik inkişaf istiqamətlərinin siyahısına xidmət sahəsini, xüsusilə turizm sektorunu da əlavə etdi. Bu üç istiqamət uzun müddətdir ki, regionların inkişaf etdirilməsində ideal vasitələr kimi qəbul olunurdu. Lakin, son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni reallıqlar formalaşdırır.
Milyonlarla istifadəçisi olan “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.