Wall-Street-də işləmək üçün harada oxumaq lazımdır?

Wall-Street-də işləmək üçün harada oxumaq lazımdır?
03 2017 16:49

Nə vaxtsa Wall-Street-də çalışan brokerlərin harada təhsil aldıqları barədə düşünmüsünzmü? Əgər araşdırma aparsaq, belə nəticəyə gələrik ki, onların əksəriyyətinin konkret kollec təhsilləri var. Banker.az saytı daha sonradan Nyu-York fond birjasında işləmək imkanı verən kollecləri təqdim edir:

  1. Miçiqan universitei, Stiven Ross adına Biznes məktəb. Bu kollecin məzunlarının 1,7%-i özünə Wall-Street-də iş qazanır. Əgər forex, səhm və birja kimi sözlər sizin üçün mənasını anlamadığınız ifadələr deyilsdə, bu təhsil müəssisəsi Nyu-York fond birjasında uğurlu karyera üçün mükəmməl tramplin rolunu oynaya bilər.
  2. Nyu-Cersidə Ratger dövlət universiteti. Bu universitetin məzunlarının da 1,7%-i Wall-Street çalışanları sırasındadır.
  3. Massaçusets ştatında MIT Sloan menecment və yaxud beynəlxalq biznes məktəbi. Məzunlarının 1,9%-i Wall-Street-də işləyir.
  4. Barux kollec – Nyu-Yorkda kollec. Wall-Street-də çalışan məzun faizi 2% təşkil edir. Məşhur müğənni Cennifer Lopez bu kollecin məzunu olub.
  5. Harvard universiteti və Harvard biznes məktəbi. Wall-Street-də işləyən məzu faizi 2,4%-dir. Tayra Benks, Corc Buş, Mitt Romni və Maykl Blumberg kimi bir çox siyasətçi və məşhur şəxs Harvard biznes məktəbinin məzunları olub.
  6. Çikaqo universiteti və İllinois ştatında But adına biznes məktəbi. Bu biznes məktəbin əsası 1898-ci ildə qoyulub. Wall-Street-də işləyən məzun faizi 2,6-dır.
  7. Kornell universiteti, İtaka, Nyu-York. ABŞ-ın nəhəng universiteti. Wall-Street-də işə sahib olan məzun faizi 3,2-dir.
  8. Pensilvaniya universiteti və Pensilvaniya universiteti nəzdində Uorton biznes məktəbi. Wall-Street-də işləyən məzun faizi 3,7-dir.
  9. Kolumbiya universiteti və universitet nəzdində Kolumbiya biznes-məktəbi. Wall-Street-də işləyən məzun faizi 7,3-dür.
  10. Wall-Street-də işləyən məzun sayına görə lider Nyu-York universiteti və Leonard N.Ştern-in biznes məktəbidir. Belə ki, Wall-Street-də işləyən məzun göstəricisi 7,4% təşkil edir.


10 Apr 2023
Maraqlı

Hibrid Günəş tutulması baş verəcək

Aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək.

24 Yan 2023
Maraqlı

Reyhan

Reyhan haqqında ümumi məlumat

13 Yan 2023
Maraqlı

Yerə bənzər planet kəşf edildi - FOTO

“James Webb” kosmik teleskopu özünün ilk ekzoplanetini kəşf edib.