Vyetnam arzu edir ki, Azərbaycan Vyetnam Dövlət Neft-qaz Şirkətinə ölkədə mövcud olan çox sayda neft-qaz yataqlarının işlənməsi ilə bağlı köməyini davam etdirsin. Trend "Viet Nam News" agentliyinə istinadən məlumat verir ki, bunu Vyetnam prezidentri Çan Day Kuanq azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşündə deyib.
Vyetnam prezidenti həmçinin əlavə edib ki, Azərbaycan məhsullarının bu ölkəyə gətirilməsi üçün əlverişli şərait təqdim etməyə hazırdır.
Ç.D.Kuanq bidlirb ki, iki ölkə arasında mal dövriyyəsinin artırılması üçün Vyetnam balıq, elektronika və kompyuter məhsullarının Azərbaycana ixrac etməyə hazırdır.
Vyetnam prezidenti eyni zamanda, turizm, mədəniyyət, təhsil kimi sahələrdə də əlaqələrin genişləndirilməsinin vacib olduğunu, iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsinə baxlmasının da lazım olduğunu deyib.
Elm və Təhsil Nazirliyində yeni təyinat olub.
Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.
İmişli rayonu Səmədabad kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Tərlan Fikrət oğlu Məmmədov Yevlaxda dəfn olunub.