Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Vyanada anım mərasimi keçirilib.
Avstriya-Türk Federasiyasının binasında keçirilən tədbirdə ölkəmizin səfirliyinin əməkdaşları, Azərbaycan və Türkiyə icmasının nümayəndələri iştirak ediblər.
Azərbaycanın Avstriyadakı səfirliyinin və Federasiyanın əməkdaşları çıxışlarında müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat yolundan, xalq və Vətən qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, eləcə də türk dünyasının önəmli siyasətçilərindən olub. “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, dahi rəhbərin Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi üçün göstərdiyi fəaliyyət mümnunluqla qeyd edilib.
Sonra ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub, ehsan verilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, bir qrup səhiyyə işçisi “Tərəqqi” medalı və fəxri adlarla təltif edilib.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub.