Vladimir Solovyov: İlham Əliyev dərin təfəkkürlü, savadlı, öz ölkəsi və atası qarşısında böyük məsuliyyət hiss edən dövlət xadimidir

Vladimir Solovyov: İlham Əliyev dərin təfəkkürlü, savadlı, öz ölkəsi və atası qarşısında böyük məsuliyyət hiss edən dövlət xadimidir
12 2017 09:20

Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkətinin (VQTRK) teleaparıcısı Vladimir Solovyov aprelin 11-də Vesti.FM kanalında “Pryamoy kontakt” verilişinin birbaşa efirində Bakı səfəri barədə danışıb. V.Solovyov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. AZƏRTAC “Vestnik Kavkaza” informasiya portalının bu barədə yazısının xülasəsini təqdim edir.

Vladimir Solovyov vurğulayıb ki, Bakıya səfərinin məqsədi məhz Prezidentlə görüşmək idi. Teleaparıcı deyib: “Dövlətlərin liderləri ilə söhbətlər həmişə çox maraqlıdır”.

O, Azərbaycanın paytaxtı barədə təəssüratlarını bölüşərək qeyd edib ki, Bakıda yollar qüsursuzdur. Paytaxtda geniş abadlıq-quruculuq işləri aparılır. Şəhər çox səliqəlidir. Bakıda bir neçə əsl memarlıq əsəri var. O cümlədən memar Zaha Hadidin layihəsi üzrə tikilmiş Heydər Əliyev Mərkəzi həqiqətən gözəldir.

Teleaparıcı Azərbaycana səfər etməyə çoxdan hazırlaşdığını deyib. O bildirib ki, Prezidentlə görüşümüz düz saat 10-da başladı. Prezident artıq iş yerində idi. O, fotoşəkillərdə olduğundan xeyli cavan görünür – ucaboylu, xoşrəftar. Söhbətimiz çox səmimi oldu. Mən bu söhbətə görə Prezidentə təşəkkür etmək istərdim. O, mənə çox gözəl təsir bağışladı. Mən gördüm ki, İlham Əliyev olduqca savadlı, yüksək təfəkkürlü siyasətçidir - əsl dövlət xadimidir.

Vladimir Solovyov vurğulayıb ki, söhbət zamanı onu ən çox heyrətləndirən İlham Əliyevin təmkinliliyi və pozitiv ovqatı olub. Mən gördüm ki, Azərbaycan Prezidenti hər bir məsələyə həssaslıqla yanaşır. Mən bunu Rusiya ilə tərəfdaşlıq münasibətləri barədə danışanda da hiss etdim. Biz Rusiya-Azərbaycan əlaqələrinin perspektivləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə xeyli söhbət etdik.

Ümumiyyətlə, aparıcının fikrincə Prezident İlham Əliyevlə söhbət etmək çox maraqlı idi. Vladimir Solovyov vurğulayıb: “Azərbaycan Prezidenti gözəl ailə başçısıdır. Onun çox ağıllı xanımı və yaxşı uşaqları var. O, dərin təfəkkürlü, savadlı, öz ölkəsi və atası qarşısında böyük məsuliyyət hiss edən dövlət xadimidir”.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.