Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24- də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Trend Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Prezidentlər ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Söhbət zamanı ikitərəfli əlaqələrin gələcək inkişafının müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev Tofiq Əhməd Ağa oğlu Bakıxanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Albert Zaman oğlu Mustafayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Oqtay Qəşəm oğlu Şahbazovun Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Biz Xəzər Gəmiçiliyini müasirləşdirmişik, Xəzərdə ən böyük donanmaya sahibik və hər il donanmaya yeni gəmilər təqdim edilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır.
“Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır. Hazırda minalardan təmizləmə prosesi gedir. Bununla paralel olaraq şəhərsalma layihələri icra edilir. Şəhərsalma layihələri hazır olandan sonra biz artıq praktiki inşaat işlərinə start verəcəyik”.