Vilnüsdə Azərbaycan və Cənubi Qafqazın tarixi ilə bağlı kitabların təqdimatı olub

Vilnüsdə Azərbaycan və Cənubi Qafqazın tarixi ilə bağlı kitabların təqdimatı olub
02 2017 17:31

Vilnüs şəhər Zabitlər Evində Azərbaycanın və Cənubi Qafqazın tarixini təhlil edən kitabların təqdimat mərasimi keçirilib.

Mərasimdə qonaqların diqqətinə tarixçi alim Alqimantas Liyekisin “XX əsrdə Qafqazda xalqların köçü”, jurnalist Qintaras Visotskasın “Qara Bağ Faciəsi” və Leonas Yurşanın “Siyasətçilərin qərarlarının xalqların talelərinə təsiri” adlı kitabları Litva dilində təqdim olunub. Tarixçi alim A.Liyekisin “XX əsrdə Qafqazda xalqların köçü” adlı kitabı, eyni zamanda, rus dilində də təqdim edilib.

Tarixçi alim A.Liyekisin kitabı Litva dilində 2016-cı ilin aprelində, rus dilində 2016-cı ilin dekabrında, jurnalist Q.Visotskasın kitabı ötən ilin sentyabrında, L.Yurşanın kitabı isə 2017-ci ilin yanvarında işıq üzü görüb.

Kitablarda ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr əvvəl Türkiyə və İran ərazilərindən köçürüldüyü bildirilir, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktlarından, etnik təmizləmələrdən, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunub.

Təqdimatda tarixçi alim A.Liyekis və jurnalist Q.Visotskas mərasim iştirakçılarına Cənubi Qafqaz regionuna olan maraqlarının səbəblərindən danışıblar.

Daha sonra A.Liyekis ötən il Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı, Azərbaycanın regionlarına səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Tarixçi qloballaşmanın çağırışlarına baxmayaraq, milli kimliyin saxlanılması və inkişafı ilə bağlı Azərbaycanda ciddi işlərin görülməsinin onda böyük təəssürat yaratdığını bildirib. O, uzun məsafənin və dini fərqliliyin olmasına baxmayaraq, Litva ilə Azərbaycan arasında tarixi oxşarlığın olduğunu qeyd edib.

Jurnalist Q.Visotskas isə uzun illərdir Azərbaycan tarixini öyrəndiyini bildirib və Bakıya, Gəncəyə, Naxçıvana, Xocavəndə, Tərtərə, Qubaya səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Kitablar təqdimat iştirakçıları tərəfindən maraqla qarşılanıb və təqdimatla bağlı məlumatlar yerli KİV-lərdə işıqlandırılıb.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.