Vergilər naziri Fazil Məmmədov “MasterCard” ödəniş sistemini xidmət haqlarını azaltmağa çağırıb.
REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham-Azerbaijan”) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda keçirilən vergi konfransında nazir adıçəkilən şirkətin nümayəndəsinin vergi yükünün çox olması ilə bağlı iradına cavab olaraq qeyd edib ki, “MasterCard”ın bəzi xidmətlərə tətbiq etdiyi faiz dərəcələri bəzi vergi dərəcələrindən yüksəkdir.
“Bu şikrət iddia edir ki, vergi dərəcələri yüksəkdir, vergi yükü çoxdur. Lakin heç kəsə sirr deyil ki, “MasterCard”ın bəzi xidmətlərə tətbiq etdiyi faiz dərəcələri vergi dərəcələrindən yüksəkdir. Məsələyə ədalətli yanaşmaq lazımdır”.
Azərbaycanda xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq.
Azərbaycan neftinin qiyməti 4 faizə qədər artıb.