Vergilər Nazirliyi yanında Çağrı Mərkəzinin yaradılmasında Türkiyə təcrübəsindən istifadə edilib

Vergilər Nazirliyi yanında Çağrı Mərkəzinin yaradılmasında Türkiyə təcrübəsindən istifadə edilib
21 Dek 2016 11:42

Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişlərinə uyğun olaraq, vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə bir sıra mühüm addımlar atılıb, o cümlədən vergi qanunvericiliyi və inzibatçılığında ciddi dəyişikliklər edilib.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri vergilər nazirinin müavini Sahib Ələkbərov nazirlikdə Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir İdarəsi Başqanlığının nümayəndə heyəti ilə görüşündə deyib.

Nazir müavini Sahib Ələkbərov qonaqlara ölkədə həyata keçirilən vergi siyasəti barədə məlumat verib. Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində apardığı işlərə toxunan nazir müavini bildirib ki, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə iri şəhər və rayonlarda vergi ödəyiciləri üçün 57 xidmət mərkəzi yaradılıb, vergi ödəyicilərinə 63 elektron xidmət göstərilir.

S.Ələkbərov Vergilər Nazirliyi yanında Çağrı Mərkəzinin fəaliyyəti barədə məlumat verərək mərkəzin yaradılması zamanı Türkiyə təcrübəsindən istifadə edildiyini vurğulayıb. O, ölkələr arasında tarixi bağlılıq, sıx əməkdaşlıq və dostluq münasibətlərinə toxunaraq bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Onun sözlərinə görə, artıq vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə intizamlı vergi ödəyicilərinə xidmətin “Yaşıl dəhliz” prinsipi əsasında həyata keçirilməsinə başlanılıb. Bu məqsədlə şəffaf vergi partnyorluğu idarələri yaradılıb və fəaliyyəti şəffaf olan digər vergi ödəyicilərinə də münasibətdə “Yaşıl dəhliz” prinsipi əsasında xidmətlərin göstərilməsi təmin ediləcək.

Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir Administrasiyasının rəhbərinin müavini Mahmut Sütçü Türkiyənin Maliyyə Nazirliyinin Gəlir Administrasiyasının fəaliyyəti, vergi siyasətinin əsasları, vergi ödəyiciləri ilə işin təşkili, Türkiyə hökumətinin bu sahədə həyata keçirdiyi islahatlar barədə ətraflı məlumat verib.

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin və Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir Administrasiyasının vergi ödəyicilərinə xidmət idarəsinin nümayəndələri vergi ödəyicilərinə xidmət sahəsində keçirdikləri tədbirlər barədə, Türkiyə nümayəndə heyətinin rəhbəri Mahmut Sütçü isə “Bəzi vergi borclarının yenidən strukturlaşdırılması” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat zamanı borclu vergi ödəyiciləri ilə iş prinsipi, bu sahədə mövcud qanunvericilik və vergi borclarının yenidən strukturlaşdırılması işlərindən bəhs edilib.

Görüşdən sonra qonaqlar Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Xidmət və uçot idarəsinin, habelə Tədris Mərkəzinin və Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin fəaliyyəti ilə tanış olublar.

Onlar, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olacaqlar.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.