Vergi islahatları ölkədə işgüzar mühitin cəlbediciliyinin artırılmasına və sahibkarlığın inkişafına xidmət edəcək.
Trend-in məlumatına görə, bunu bu gün Vergi Məcəlləsinə edilmiş son dəyişiklilərə həsr olunmuş konfransda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva deyib.
Deloitte şirkətinin idarəedici partnyor Nuran Kərimov və Vergi və Hüquq departamentində direktor Emil Qarayev Vergi Məcəlləsinə son dəyişikliklərə dair təqdimatla çıxış ediblər. Konfransda neft-qaz, ticarət, ictimai iaşə, bank-sığorta, tikinti, nəqliyyat, rabitə və digər müxtəlif sahələri təmsil edən 100-dən artıq nümayəndə iştirak edib. Natiqlər edilmiş dəyişikliklər ilə qarşıya qoyulan məqsədlər, hökümətin bu dəyişiklilərin tətbiqi ilə bağlı gözləntiləri və təcrübi yanaşması ilə bağlı fikir mübadiləsi aparılıb.
Deloitte Azərbaycanın idarəedici partnyor N.Kərimov deyib: “Deloitte bizim regionda biznes icması ilə hökumət arasında effektiv əməkdaşlıq aparmaq üçün platforma yaratmaq məqsədini güdür. Əminəm ki, bu qəbildən olan tədbirlər Azərbaycanda vergi orqanları və vergi ödəyiciləri arasında açıq dialoqun inkişafına təkan verir.”
S.Musayeva isə bildirib ki, Vergilər Nazirliyi biznes mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir: "Vergi mühitinin liberallaşdırılması, vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi həyata keçirilən vergi islahatlarının tərkib hissəsi olub və bundan sonra da ölkədə işgüzar mühitin cəlbediciliyinin artırılmasına və sahibkarlığın inkişafına xidmət edəcək”.
“Bu gün Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirildi”.
Payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 245 min 927 nəfərə çatıb.