Vergi Məcəlləsinə dəyişikliklər nəticəsində vergi xidmətinin strukturunda və menecmentində əsaslı islahatlar aparılıb

Vergi Məcəlləsinə dəyişikliklər nəticəsində vergi xidmətinin strukturunda və menecmentində əsaslı islahatlar aparılıb
14 2017 16:58

Son vaxtlar vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, ölkədəki vergi mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərinin rahat və asan şəkildə yerinə yetirə bilmələri üçün elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması istiqamətində bir sıra ciddi addımlar atılıb.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər nazirlikdə ərazi vergi orqanlarının rəhbərləri və orta menecer heyəti üçün keçirilən üç günlük seminarda səsləndirilib.

Tədbirdə çıxış edən vergilər nazirinin müavini İlkin Vəliyev deyib ki, seminarın keçirilməsində məqsəd vergi xidmətində aparılmış struktur dəyişikləri nəticəsində yeni yaradılan strukturların fəaliyyətinin təşkili, iş prinsipləri, habelə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə seminar iştirakçılarına ətraflı məlumat verməkdən ibarətdir.

Onun sözlərinə görə, Vergi Məcəlləsinə çoxlu sayda dəyişikliklər edilib, yeni çağırışlara uyğun olaraq, vergi xidmətinin strukturunda və menecmentində əsaslı islahatlar aparılıb, yeni, müasir tələblərə cavab verən daha dinamik struktur formalaşdırılıb.

Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsində aparılmış dəyişikliklər barədə ətraflı məlumat verib.

Nəzərə çatdırılıb ki, qanunvericiliyə edilmiş son dəyişikliklər əsasən sahibkarların vergi yükünün azaldılması, onların hüquqlarının daha etibarlı şəkildə qorunması, ölkəmizdə daha əlverişli biznes mühitinin formalaşdırılması, vergi bazasının genişləndirilməsi hesabına dövlət büdcəsinə vergi daxilolmalarının artırılması ilə bağlıdır. S.Musayeva vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin mahiyyəti, onların praktiki tətbiqi, məcəllənin ayrı-ayrı maddələri ilə bağlı ətraflı izahlar verərək, yerli vergi orqanlarının qanunvericiliyin tətbiqi prosesini düzgün aparmalarının, son dəyişikliklər barədə vergiödəyicilərinin məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov Vergilər Nazirliyində aparılan struktur dəyişiklikləri barədə geniş təqdimatla çıxış edərək bildirib ki, “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” ölkə başçısının 4 avqust 2016-cı il tarixli Sərəncamından irəli gələn tələblərin icrası, vergiödəyicilərinə münasibətdə daha təkmil yanaşmaların formalaşdırılması, eləcə də Vergi Məcəlləsində edilmiş dəyişikliklərin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində geniş struktur dəyişiklikləri aparılıb.

Vergi orqanlarının yeni təşkilati strukturunun əvvəlkindən əsaslı şəkildə fərqləndiyini vurğulayan N.Şirinov deyib ki, əvvəllər vergi daxilolmaları üzrə proqnozların icrası zamanı böyük dövriyyəsi olan vergiödəyiciləri ilə aparılan işlərə daha çox diqqət yetirilməklə bərabər, dövriyyələrindən asılı olmayaraq bütün vergiödəyicilərinə (iri, orta və kiçik) eyni inzibati mexanizmlər tətbiq edilirdi ki, bu da kiçik və orta dövriyyəli vergiödəyicilərinə tətbiq edilən mürəkkəb vergi nəzarəti tədbirlərinin bu ödəyicilərə münasibətdə kifayət qədər səmərəli olmaması, onların fəaliyyətində bir sıra problemlərin ortaya çıxması ilə nəticələnirdi.

Vergi orqanlarının yeni strukturu, ilk növbədə, beynəlxalq təcrübədə geniş istifadə olunan “dövriyyə intervalları” prinsipinin vergi inzibatçılığının bütün sahələrində tətbiqini nəzərdə tutur. Təşkilati strukturun vergiödəyicilərinin dövriyyəsindən və ya mükəlləfiyyətindən asılı olaraq bölgüsü, onlara münasibətdə vergi inzibatçılığını diferensiallaşdırmaqla daha səmərəli, çevik, ədalətli və şəffaf vergi inzibatçılığının formalaşdırılmasına şərait yaradır, iri vergiödəyiciləri üzrə işlərin daha dərin iqtisadi təhlillərə əsaslanmaqla təşkil olunmasına, orta sahibkarlarla münasibətlərin əsasən partnyorluq müstəvisində qurulmasına, kiçik sahibkarlara münasibətdə isə daha sadə və səmərəli vergi inzibatçılığının formalaşdırılmasına xidmət edir.

Fərqli dövriyyəyə malik vergiödəyicilərinə fərdi yanaşma prinsiplərinin tətbiqi onlara öz fəaliyyətlərini daha səmərəli təşkil etməyə, keçirilən vergi nəzarəti tədbirlərinin sayının azaldılmasına, belə ödəyicilərə münasibətdə vergilərlə əlaqədar bütün tədbirlərin vahid vergi orqanından, faktiki olaraq “bir pəncərə” prinsipi üzrə həyata keçirilməsinə imkan verəcək. Bu məqsədlə ərazi vergi orqanlarında Regional gəlirlər və kiçik sahibkarlarla iş idarələri, Bakı şəhərində isə Milli Gəlirlər, Lokal Gəlirlər və kiçik sahibkarlarla iş Departamentləri yaradılıb.

Vergilər nazirinin müşaviri, Vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov vergi sistemində aparılan islahatlardan sonra vergiödəyicilərinə xidmətin strukturlarının rolunun əhəmiyyətli dərəcədə artması barədə danışaraq qeyd edib ki, qarşıdakı dövrdə ödəyici qrupundan asılı olaraq vergi bəyannamələrinin sadələşdirilməsi, vergiödəyicilərinin qeydiyyatının cəmi 1 gün ərzində həyata keçirilməsi, uçot baza məlumatlarının aktuallığının təmin edilməsi nəzərdə tutulur.

O, seminar iştirakçılarına vergi orqanları ilə vergiödəyiciləri arasında münasibətlərin partnyorluq müstəvisində inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, “Yaşıl Dəhliz” prinsipinin üstünlükləri, partnyor vergiödəyicilərinə göstərilən ənənəvi və innovativ üsullara söykənən fərdi və sürətli ünvanlı xidmətlər, yenidən formalaşdırılmış xidmət strukturları qarşısında duran əsas vəzifələr barədə məlumat verib.

Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov vurğulayıb ki, yerli vergi orqanlarında aparılmış əsaslı funksional və struktur dəyişikliklər nəticəsində müasir beynəlxalq təcrübə əsasında yenidən qurulan təşkilati strukturda sahə təhkimçiliyi prinsipi aradan qaldırılıb, audit idarələri və operativ nəzarət şöbələri ləğv edilib. Həyata keçirilən dəyişikliklərin yerli vergi orqanlarının qarşısında mühüm vəzifələr qoyduğunu bildirən E.Bəylərov operativ vergi nəzarəti tədbirlərinin minimuma endiriləcəyini və nəzarətin daha çox risk modulları üzərindən həyata keçiriləcəyini qeyd edib, vergi qanunvericiliyinin tətbiqi prosesində, eləcə də vergiödəyicilərinin məlumatlandırılması sahəsində görülməsi vacib olan təşkilati işlərdən söz açıb.

Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru Toğrul Quliyev vergi qanunvericiliyinin icrasına nəzarət strukturlarının iş prinsipləri, Daxili təhlükəsizlik departamentinin baş direktoru Zeynalabdin Məmmədzadə vergi orqanlarının fəaliyyətinə nəzarət strukturlarının vəzifə və funksiyaları, daxili nəzarət sahəsində görüləcək işlər, habelə vergi amnistiyası barədə qanunvericilikdən irəli gələn vəzifələr və görülməli işlər barədə seminar iştirakçılarını məlumatlandırıblar.

Seminarda Vergilər Nazirliyinin Tədris Mərkəzinin, nazirliyin aparatının və digər əlaqədar strukturların da təqdimatları dinlənilib, rəhbər vəzifəli vergi əməkdaşlarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Seminarda çıxış edən vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov yaxın günlər ərzində vergi orqanlarında görülməsi vacib olan konkret işlər barədə müvafiq tapşırıqlar verib və əminliklə vurğulayıb ki, vergi orqanlarının əməkdaşları Prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu vəzifələrin icrasını təmin edəcəklər.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.