Bakıda vərəm üzrə Azərbaycan QHT koalisiyasının nümayəndələrinin iştirakı ilə “Vərəmlə mübarizədə ictimai vəkillik” mövzusunda təlim keçirilib.
Koalisiyadan AZƏRTAC-a bildiriblər ki, təlimin əsas məqsədi QHT-lər və vərəmlə mübarizə aparan qurumların nümayəndələrinə ictimai vəkillik üzrə təcrübə bacarıqlarının inkişafında dəstək olmaqdır. Müxtəlif təqdimat və qrup işləri vasitəsilə mövzu üzrə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Nabil Seyidov iki gün ərzində iştirakçılara ətraflı məlumat verib.
Təlim zamanı “Vərəmin ambulator müalicəsinin üstünlükləri” mövzusunda ətraflı müzakirələr aparılıb, “Qlobal Vərəm Kokus”-un regional koordinatoru Tsira Chakhaia tərəfindən onlayn təqdimat keçirilib.
Təlimin sonunda ictimai vəkilliyin inkişaf etdirilməsi üçün Vərəm üzrə Azərbaycan QHT Koalisiyasının işinin daha da gücləndirilməsinə qərar verilib.
Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.
Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.
Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.
Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.