Vaşinqtonda Azərbaycan-İsrail münasibətlərinə həsr edilmiş seminar keçirilib

Vaşinqtonda Azərbaycan-İsrail münasibətlərinə həsr edilmiş seminar keçirilib
27 2017 08:53

ABŞ-ın paytaxtı Vaşinqtonda  Amerikanın ən nüfuzlu yəhudi təşkilatı - Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC)  2017-ci il üçün siyasi konfransı keçirilir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, martın 26-da 19 min iştirakçını bir araya gətirən konfrans çərçivəsində  Azərbaycan və İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilmiş “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” mövzusunda seminar təşkil olunub.

Artıq neçə illərdir AIPAC siyasi konfranslarında çıxış etmək üçün dəvət olunan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edilən seminarda əsas natiq qismində çıxış edib.  E.Süleymanov Azərbaycanda müsəlmanlar, yəhudilər və digər dini icma üzvlərinin əsrlərlə dostluq şəraitində yaşadığını qeyd edib.

Səfir İsrailin Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu bildirib. İsrailin yüksək səviyyəli dövlət rəsmilərinin Azərbaycana tez-tez səfərlər etdiyini xatırladan səfir, sonuncu belə səfərin keçən ilin dekabr ayında Baş nazir Benjamin Netanyahu tərəfindən həyata keçirildiyini vurğulayıb və bu cür səfərlərin iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxardığını vurğulayıb.

E.Süleymanov Azərbaycan və ABŞ-ın enerji və terrorizmə qarşı mübarizə sahəsində yaxından əməkdaşlıq etdiyini  bildirib və ABŞ-ın regionun enerji layihələrinə davamlı dəstəyinin çox vacib olduğunü qeyd edib. Səfir, həmçinin hazırkı mürəkkəb geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzun müddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bəyan edib.

Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının icraçı direktoru Mark Levinin moderatorluğu ilə keçən seminarda, həmçinin Hayfa Universitetinin professoru, hal-hazırda ABŞ-ın məşhur Corctaun universitetinin araşdırmaçısı kimi fəaliyyət göstərən Brenda Şeyfer və Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Araşdırmaları proqramının direktoru Svante Kornel çıxış edib.

Öz çıxışlarında Svante Kornel və Brenda Şeyfer Azərbaycanın tolerant və açıq cəmiyyət olduğunu bildirib və ölkə rəhbərliyinin bu istiqamətdə olduqca vacib rolundan danışıb.  Ekspertlər Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və ölkədə  1 milyondan çox məcburi köçkünün olmasına baxmayaraq cəmiyyətin radikalizmdən imtina etdiyini və hökumətin əsas iqtisadi resursları inkişafa yönəltdiyini qeyd ediblər.

Martın 28-də yekunlaşması nəzərdə tutulan AIPAC konfransında ABŞ və dünyanın müxtəlif ölkələrindən nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları iştirak edir. Konfransda ABŞ vitse-prezidenti Mayk Pens, ABŞ-ın BMT yanında daimi nümayəndəsi  Nikki Heyli, ABŞ Nümayəndələr Palatasının spikeri Pol Rayan, bir çox yüksək vəzifəli senator və Nümayəndələr Palatasının üzvləri çıxış edəcəklər.

 


30 Noy 2023
Siyasət

Prezident İlham Əliyevin Dubayda Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.

30 Noy 2023
Siyasət

Laçından Zabuxa avtobus marşrutu açılacaq - RƏSMİ

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 54 nömrəli şəhərdaxili, 167 və 196 nömrəli qəsəbələrarası, 186, 217, 508 və 557 nömrəli şəhərətrafı, Bakı-Ağdaş, Bakı-Şirvan, Bakı-Şabran, Bakı-Qəbələ, Bakı-Kürdəmir, Bakı-Ağcabədi, Bakı-Şamaxı, Sumqayıt-Quba, Qusar-Xudat şəhərlərarası, eləcə də Laçın şəhəri-Zabux kəndi rayondaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

30 Noy 2023
Siyasət

Ceyhun Bayramov ATƏT-in iclasında iştirak edir - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirak edir.

30 Noy 2023
Siyasət

Prezident dövlət agentliyinə beş milyon manat ayırdı

Prezident İlham Əliyev Bərdə-Ağdam (40 km)-Əsgəran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

30 Noy 2023
Siyasət

Kiyev sakinlərindən təşəkkür: “Çoxunun etmədiyini Azərbaycan edir” - VİDEO

Müharibə başlayan ilk gündən Azərbaycan Ukrayna xalqına humanitar yardımlar göstərib.