Vaşinqtonda “Həyat uğrunda yürüş” keçirilib

Vaşinqtonda “Həyat uğrunda yürüş” keçirilib
28 2017 14:06

Yanvarın 27-də Vaşinqtonda “Həyat uğrunda yürüş” keçirilib. Bu yürüş qadınların abort etdirmək hüququnun leqallaşdırılmasına etiraz əlaməti olaraq hər il keçirilən tədbirdir.

Qadınların bu hüququnun leqallaşdırılması barədə qanun 1973-cü ildən mövcuddur. Prezident Donald Tramp bu həftə, seçkiqabağı kampaniya dövründə verdiyi vədlərə uyğun olaraq, abortu kontrasepsiya metodları sırasına daxil edən xarici təşkilatlar üçün federal büdcədən vəsait ayrılmasının dayandırılması barədə fərman imzalayıb. Tramp “Amerika ailə planlaşdırması assosiasiyası”nı da maliyyələşdirmədən məhrum edəcəyinə söz verib. “Həyat uğrunda yürüş”də ABŞ-ın vitse-prezidenti Maykl Pens, Prezidentin müşaviri Kelliann Konuey, Respublikaçılar Partiyasını təmsil edən bir neçə ABŞ qanunvericisi, dini təşkilatların nümayəndələri və artistlər çıxış ediblər. Yürüş Böyük Britaniyanın baş naziri Tereza Meyin Vaşinqtona rəsmi səfəri dövründə keçirilib. Səfər zamanı Amerika-Britaniya əməkdaşlığı, hər iki ölkənin Rusiya ilə münasibətləri və ABŞ-Meksika münasibətləri müzakirə edilib.

Xatırladaq ki, keçən həftə Vaşiqntonda “Qadınların yürüşü” keçirilib. Bu yürüşün iştirakçıları Trampın gözlənilən fərmanlarına etiraz edənlər və qadınların reproduktiv hüquqlarını müdafiə edən qadınlar idi.


18 Mar 2023
Dünya

Bakı və Siyəzəndə qumbaralar tapıldı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

18 Mar 2023
Dünya

Kahramanmaraşda zəlzələ: Ətraf vilayətlərdə də hiss olundu

Türkiyənin Kahramanmaraş şəhərinin Göksun rayonunda 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.

18 Mar 2023
Dünya

Hindistan rusiyalıların ölkədə qalma müddətini məhdudlaşdırıb

Hindistan elektron turist vizaları üzrə rusiyalıların ölkədə qalma qaydalarını yeniləyib.

18 Mar 2023
Dünya

Türkiyədə zəlzələ baş verən ərazilərdə əhaliyə xəbərdarlıq edildi

Türkiyədə güclü zəlzələlərin baş verdiyi bölgədə bu gün başlayacaq, göy gurultusu ilə müşayiət olunacaq leysan yağışların axşam saatlarından sonra təsirini artırması gözlənilir.