Valyuta əməliyyatlarının aparılması qaydalarında yenilik

Valyuta əməliyyatlarının aparılması qaydalarında yenilik
08 Dek 2016 09:15

Tədiyə balansının və valyuta bazarının tarazlaşdırılmasında mühüm rol oynayan valyuta nəzarəti mexanizminin effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28.11.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” yeni redaksiyada qəbul edilmişdir.

Qaydalarda cari valyuta əməliyyatlarında, o cümlədən təhsil və müalicə haqlarının köçürülməsi ilə bağlı valyuta ödənişlərində sərbəstlik saxlanılmaqla bəzi köçürmələrdə müəyyən limitlərin tətbiqi (hesab açmadan və şəxsi məqsədlər üçün aparılan köçürmələrdə rezident və qeyri-rezident fiziki şəxsin bir əməliyyat günü ərzində 1000 (bir min) ABŞ dolları ekvivalentinədək, ay ərzində isə cəmi 10000 (on min) ABŞ dolları ekvivalentinədək maksimum məbləği, yaxın qohumlara köçürülən vəsaitin ay ərzində cəmi 10000 (on min) ABŞ dolları ekvivalentinədək) nəzərdə tutulur. Bununla bərabər rezidentlərin xarici banklardakı hesablarına pul köçürmələrinin aparılmasında mövcud sərbəstlik aradan qaldırılmışdır.

Eyni zamanda yeni Qaydalarda idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 180 gün müddətində malların və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasına bank nəzarəti tədbirləri müəyyən edilmişdir.

Qaydalarda xarici investisiyanın repartriasiyası, investisiyalar üzrə əldə edilən istənilən növ gəlirlərin məhdudiyyətsiz köçürülməsi rejimi dəyişdirilmədən olduğu kimi saxlanmışdır.

Qaydalar 2016-cı il dekabr ayının 8-dən qüvvəyə minir.  


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.