Valyuta hərracından sonra banklarda dollar ucuzlaşmaqda davam edir – YENİLƏNİB

Valyuta hərracından sonra banklarda dollar ucuzlaşmaqda davam edir – YENİLƏNİB
09 2017 15:39

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Hərracda və hərraca qədər banklararası valyuta bazarında bağlanmış əqdlər üzrə orta çəkili məzənnə 1,7431 səviyyəsində formalaşıb.

Bu səviyyə bugünkü rəsmi məzənnə (1,7563) ilə müqayisədə 0,75% aşağıdır. Hərracın nəticəsi məlum olduqdan sonra bəzi banklarda dollar ucuzlaşmaqda davam edib.
 
REALPRESS.Az “Marja”ya istinadən xəbər verir ki, “Unibank” dolları 1,70 manata alıb, 1,7563 manata satır.
 
“Bank of Baku” dolların alışını 1,71 manata, satışını isə 1,7650 manata endirib. Səhər saatlarında banklar dolları əsasən 1,7760-1,83 manat səviyyələrindən satırdılar. “Bank Respublika” dolların satış qiymətinin 1,83 manatdan 1,80 manata endirib.
 
Saat 14:50-yə olan məlumata görə, “Kapital Bank” dolları 1,73 manata alıb, 1,79 manata satır. Səhər saatlarında bu bank dolları 1,75 manata alıb, 1,81 manata satırdı.

10:48

Bu gün səhər saatlarında Azərbaycanın bir sıra kommersiya bankları dolların satış kursunu ucuzlaşdırıb. 

Oxu.Az xəbər verir ki, bunlar “Bank of Baku”, “NBC Bank”, “Nikoil Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank Avrasiya” və “Atabank”dır:

Ucuzlaşma “Bank of Baku”da 1,7800-dan 1,7750 manatadək; “NBC Bank”da 1,7800-dan 1,7790 manatadək; “Nikoil Bank”da 1,7850-dən 1,7770 manatadək; “Yapı Kredi Bank Azərbaycan”da 1,7850-dən 1,7800 manatadək müşahidə edilib.

Ümumi tendensiyaya baxmayaraq, “Accessbank” dolların satış kursunu əksinə bahalaşdırıb - 1,8070-dən 1,8090 manatadək.

Dolların alış kursuna gəldikdə, burada da banklar əks istiqamətdə gedişat göstərir. Belə ki, “Unibank” və “NBC Bank” dolların alış kursunu ucuzlaşdırıb: 

“Unibank” 1,7510-dan 1,7500 manatadək, “NBC Bank” 1,7500-dan 1,7450 manatadək. 

“Bank of Baku” və “Accessbank” isə alışı bahalaşdırıb: “Bank of Baku” 1,7200-dən 1,7300 manatadək, “Accessbank” 1,7480-dən 1,7490 manatadək.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.