Üzərində “Milli Bank” yazılmış əskinaslar niyə dəyişdirilmir? – FOTO

Üzərində “Milli Bank” yazılmış əskinaslar niyə dəyişdirilmir? – FOTO
09 2017 16:40

Hazırda Azərbaycanda tədavüldə olan milli valyutanın – manatın üzərində ölkənin əsas bankının adı iki cür yazılıb - “Milli Bank” və “Mərkəzi Bank” kimi.

Oxu.Az xəbər verir ki, 18 mart 2009-cu il tarixində keçirilmiş ümumxalq referendumunun nəticəsinə əsasən, Milli Bankın adı Mərkəzi Banka dəyişdirilib. 

Aradan 8 il keçməsinə baxmayaraq bəzi pulların, xüsusən də iri nominallı manatın üzərindəki “Milli Bankı” yazısı hələ də dəyişdirilməyib.

Bu qanunla nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib.

Deputat deyib ki, əsas bankın adının dəyişdirilməsindən sonra milli valyutada da bu dəyişiklik əks olunmalıydı:

“Bunun üçün sifarişlərin edilməsi müəyyən vaxt tələb edir. Ola bilsin ki, pulların üzərindəki “Milli Bank” yazısının dəyişdirilməməsi bununla əlaqədardır. 

Qanunla pul-kredit siyasətində siyahıdakı təşkilat “Azərbaycan Respublikasının Mərkəzi Bankı”dır. Ona görə də, milli valyutanın üzərindəki Milli Bank yazısı dəyişdirilməlidir”.

Vahid Əhmədov bildirib ki, növbəti sifariş zamanı yəqin ki, bu nəzərə alınacaq.

Sual yaranır. Bəs Azərbaycan Mərkəzi Bankı (AMB) üzərində “Milli Bank” sözü yazılmış əskinasları nə zaman dövriyyədən çıxaracaq?

 


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.