Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşan “Azərbaycanda yuvenal ədliyyə islahatı məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi” layihəsi çərçivəsində beş günlük treninq başa çatıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Emosional və davranış pozuntuları” mövzusuna həsr olunmuş treninqin məqsədi layihə çərçivəsində yaradılan “Ailəyə yardim Mərkəzi"nin komandasına spesifik biliklərin təqdim etməkdir. Treninq “Psixiatriyada Qlobal Təşəbbüs” Beynəlxalq İctimai Birliyinin Gürcüstan nümayəndəliyinin əməkdaşları Nino Maxaşvili və Cana Cavaxişvili tərəfindən keçirilib.
Treninq zamanı əldə edilmiş bilik və vərdişlər ehtiyacı olan ailələrə zəruri xidmətlərin göstərilməsinə yönəlib. Bu, xüsusilə autizm spektrli xəstəliklərdən əziyyət çəkən uşaq və onların valideynləri üçün nəzərdə tutulub və təhlükəli davranış problemlərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Layihə BMT İnkişaf Proqramının dəstəyi ilə “İnkişaf Naminə Təşəbbüs” İctimai Birliyi tərəfindən icra olunur. Layihənin xarici partnyoru isə dünyanın tanınmış “Psixiatriyada Qlobal Təşəbbüs” İctimai Birliyinin Gürcüstan nümayəndəliyidir.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.