Uşaqları virusdan qoruma yolları

Uşaqları virusdan qoruma yolları
09 2017 16:47

Payız-qış mövsümünün gəlməsi ilə Azərbaycanda qrip xəstəliyinə tutulanların sayı artıb.

REALPRESS.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, xüsusilə də uşaqlar arasında geniş yayılan və ağır keçən bu xəstəlik valideynləri narahat etməkdədir. Xəstəlik yüksək temperatur, halsızlıq, baş ağrısı ilə müşahidə olunmaqdadır. Bəzi həkimlər bunun kəskin virus olduğunu qeyd etsələr də, digərləri isə fəsillə əlaqədar soyuqdəymə olduğunu vurğulayırlar. Bəs xəstəlikdən uşaqları necə qorumaq lazımdır, hansı mübarizə tədbirləri aparılmalıdır?

Sualları həkim-pediatr Günay Rəsulova cavablandırıb. Onun sözlərinə görə, son zamanlar uşaqlar arasında yayılmış və çox vaxt ağırlaşma ilə nəticələnən respirator virus infeksiyaları diqqət çəkməkdədir:

 

“Bu infeksiya zamanı uşaqlarda yüksək hərarət, bəzən 7 günə qədər davam edən, halsızlıq, iştahsızlıq, burun axma, uzun müddət davam edən (bəzən 1 aya qədər) öskürək simptomları, ürəkbulanma, qusma, ishal görülə bilər. Xüsusilə də uşaqlarda bu virus infeksiyası çox vaxt otit (orta qulağın iltihabı), sinusit (burunətrafı ciblərin iltihabı), tonzillit (badamcıqların iltihabı), pnevmoniya (ağciyərlərin iltihabı), plevrit ( Plevranın iltihabı) kimi ağırlaşmalar ilə nəticələnə bilər. Lakin vaxtında aparılan tədbirlər və müalicə üsulları ilə bu xəstəlikdən qoruna və müalicə olunmaq mümkündür. Belə uşaqlar həkim nəzarətində olmalıdır. Əgər ağırlaşmalar müşahidə edilərsə, dərhal stasionar şəraitdə müalicə almalıdırlar”.

G. Rəsulova qeyd edib ki, uşaqlar arasında belə virusların çox yayılmasının əsas səbəbi, xüsusilə də bağça və məktəb yaşlı uşaqlar vaxtlarının çox hissəsini qapalı ortamlarda keçirdikləri üçün bu viruslar asanlıqla uşaqdan uşağa hava-damcı yolu ilə yayılır:

“Bundan başqa fəsil dəyişkənliyi, soyuq havalara uşaq orqanizminin adaptasiya xüsusiyyəti zəif olduğu üçün, uşaqlarda immunitet zəif olur və onlar asanlıqla xəstəliyə yoluxa və asanlıqda xəstəlik gedişatında ağırlaşma əmələ gələ bilir. Belə hallarda valideynlərin ilk növbədə diqqət etmələri gərəkən nüanslar var. Birinci növbədə xəstə uşaqlar bağça və ya məktəbə göndərilməməlidir. Bu həm uşağın özünə görə, həm də yoldaşlarını yoluxdurmamaq baxımından çox vacibdir. Uşaq bir pediatr tərəfindən izlənməlidir. Çünki, virus infeksiyalarının müalicəsində erkən olaraq simptomatik yanaşma olur. Lakin həkim hər hansı ikincili bakterial ağırlaşmanı hiss edərsə, ona yönəlik müalicə mütləq aparılmalıdır . Belə viruslar əleyhinə profilaktik peyvəndlər vardır. İmkan daxilində bu peyvəndlərdən uşaqlara vurdurmaq lazımdır.

Hər bir uşağın xəstəliyə dirəncli olması üçün, onların düzgün qidalanma (tarazlıqlı,bol meyvə -tərəvəz,zülal və karbohidratla zəngin), düzgün yuxu və sağlıqlı geyinmələrinə diqqət etmək lazımdır. Aşırı yorğunluq uşaq orqanizmasının immunitetini kəskin aşağı salır. Ona görə uşaqları, xüsusilə məktəb yaşlı uşaqları vacib olmadıqca çox yükləmək, yormaq məsləhət deyil. Uşaqlar mümkün qədər açıq havada çox olmalıdır. Həkimdən məsləhətsiz hər hansı “özünü müalicə” ilə məşğul olmaq olmaz, belə virus infeksiyalarında əsassız antibiotik istifadə etmək məsləhət deyil. Yersiz istifadə edilən antibiotik uşaq immunitetini daha da aşağı salır və infeksiyanın gedişi uzana bilir.

Evdə viruslu xəstə varsa 2 qat tənzif geyinərək mümkün qədər sağlam uşaqlardan uzaq tutulmalı, evin havası tez- tez dəyişdirilməlidir. Virusun orqanizmdən xaric edilməsinə kömək edən maye, xəstə uşaqlara bol-bol verilməlidir”.

Həkim qeyd edib ki, hər virus infeksiyasının öz dövrü vardır:

“Bu müddəti uşaq pediatr nəzarətində keçirməlidir. Çünki, baş verə biləcək ağırlaşmalardan təəssüf ki, belə virus infeksiyaları bəzən ölümcül belə ola bilər”.


1 May 2020
Səhiyyə - Sağlamlıq

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha 58 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 38 yeni yoluxma

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.