Uşaqlarda həkim fobiyası və yaranma səbəbləri

Uşaqlarda həkim fobiyası və yaranma səbəbləri
14 2017 15:19

Uşaqlarda rast gəlinən fobiyalardan biri də həkim fobiyasıdır. Bu uşağın həkim adını eşidərkən qorxması, həyəcanlanması ilə özünü biruzə verir. Eyni zamanda uşaqlar lazımi zamanlarda həkimə getməli olduqlarında ağlayaraq, müxtəlif xoşagəlməz davranışlarla valideynlərinin narahatlığına səbəb olurlar. Bəs uşaqlarda rast gəlinən bu fobiyaya səbəb nədir? Uşaqlarda həkimdən qorxu nə zamandan başlayır?

Yəqin ki, övladınızı körpəlik dövründə həkimə rahat şəkildə apardığınıza diqqət etmisiniz. Səbəb isə onların hələ həkim haqqında heç bir təsəvvürlərinin olmamasıdır. Artıq ətrafı dərk etməyə başlayan uşaq həkimə gedərkən orada ona iynə vurulmasının şahidi olduqdan sonra həkimə getməkdən qorxar. Eyni zamanda, övladınız dəcəlliklər edərkən, sizi dinləmədiyində, yatmadıqda, “Sakit dur, yoxsa həkimə apararam”, “Belə etsən, həkimi çağıracağam, iynə vursun”, “Yat, yoxsa həkim gələcək” kimi ifadələriniz övladınızda həkim haqqında yanlış təsəvvürlər yaranmasına və bu təsəvvürlərin mənfi istiqamətdə inkişafına səbəb olur. 

Diqqətli davranın. Övladınızda bu kimi qorxular qalıcı ola bilər ki, bu da həyatı boyu bu hissin onu izləməsinə, travma şəklində yaddaşında qalmasına səbəb olar. Bunun üçün diqqətli olmağınız və həkim haqqında övladınızda qorxulu bir insan təsəvvürü yaratmamağınız tövsiyyə olunur.

Rollu oyunlar oynayın. Övladınızla birlikdə rollu oyunlar oynayın. Bu zaman bəzən onun, bəzən isə sizin həkim rolunda olmanızı təmin edin. Həkim çantası alsanız bu onun xoşuna gələr və həmçinin həkimi bu əşyalardan istifadə edərkən qorxu hissi yaşamaz. Rollu oyunlar zamanı övladınızın həkim barəsində olan təsəvvürünü müsbətə doğru dəyişməyinə yardımçı ola bilərsiniz.

Aldatmayın. Övladınızı həkimə apararkən onu parka, əyləncə mərkəzinə apardığınızı deyərək evdən çıxarmağın yaxşı üsul olduğunu düşünürsünüzsə yanılırsınız. Bu üsulunuz övladınızın sizə olan inamının itməsinə, eyni zamanda həkim haqqında mənfi və yanlış fikirlərinə səbəb olar.

Məlumat verin. Kitabda, jurnalda həkim haqqında verilmiş bilgiləri övladınıza çatdırın. Bu zaman onların şəkilləri (ağ geyimli, gülər üzlü) ilə də tanış etməyiniz və necə bir peşəyə malik olmaları, insanları sağaltmaları və s. haqqında məlumatları verməyiniz övladınızda xoş təsəvvür yaradar.

Həkim dəstəyi. Əgər övladınız hər dəfə həkimə gedərkən çox narahatlıq keçirirsə bu məlumatı övladınızın həkiminə bildirməyiniz faydalı olar. Həkimin övladınızla fərqli davranışı onun qorxusunun aradan qaldırılmasında daha yaxından kömək olar.

Həkim fobiyanız varmı? Bildiyiniz kimi, uşaqlar valideynlərini təqlid etməyi sevirlər. Bəzən özləri də fərqində olmadan valideynlərinin hisslərini öz üzərlərinə köçürürlər. Əgər sizin həkim fobiyanız varsa, bunu övladınıza yansıtmamalısınız.

Narahatlığınızı aradan qaldırın. Övladınız həkimə apararkən onun üçün hədsiz narahatlıq hissi keçirisinizsə bu zaman övladınızın da narahatlığına səbəb olacaqsınız. Bunun üçün çalışın ki, övladınızı həkimə apararkən rahat olasınız və övladınızı da bu rahatlıq duyğusu ilə təmin edə biləsiniz.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.