Fevralın 3-də “Böyüklərdə anadangəlmə ürək qüsurları” və “Pediatrik kardiologiya” mövzusunda elmi iclas keçiriləcək. Tədbir Azərbaycan Kardiologiya Cəmiyyəti və İşçi Qruplarının birgə təşkilatçılığı ilə baş tutacaq.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Böyüklərdə anadangəlmə ürək qüsurları, erkən və differensial diaqnostika”, “Kimi, nə vaxt və necə müalicə etməli”, “Anadan gəlmə ürək qüsurlarının invaziv yolla müalicəsi” mövzuları müzakirə olunacaq.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.