Ürək, ağciyər və qan qoxuları hiss edir

Ürək, ağciyər və qan qoxuları hiss edir
14 2017 14:08

Ürək, ağciyər və qan qoxuları hiss edə bilir. Bu orqanların və bədənin digər hüceyrələrinin eynən insan burnunda yerləşən iybilmə reseptorları kimi reseptorları var.

AZƏRTAC “meddaily.ru” saytına istinadla xəbər verir ki, bunu tədqiqat qrupunun rəhbəri, elmlər namizədi Piter Şayberle bildirib.

Qida kimyasi və texnologiyaları sahəsində nüfuzlu tədqiqatçı olan P. Şayberle məsələyə belə aydınlıq gətirib: əvvəllər alimlər hesab edirdilər ki, insan burnu iybilmə reseptorları olan yeganə orqandır. Lakin insan bədəninin digər nahiyələrində iybilmə reseptorlarının kəşf edilməsi alimlər üçün əsl sürpriz olub.

Alim deyib: “Bu yaxınlarda komandamız kəşf edib ki, təkcə burundakı hüceyrələrin deyil, qan hüceyrələrinin də iybilmə reseptorları var. Burundakı hüceyrələr odorantlar adlanan substansiyaları hiss etməyə imkan verir, onları sonradan beynimizdə xoş və ya xoşagəlməz kimi interpretasiya etdiyimiz qoxuya çevirir. Təəccüblüdür ki, ürəyin, ağciyərin və ilk baxışda iybilmə qabiliyyətinin olmadığı hesab edilən bir çox digər orqanların bu cür reseptorlara malik olması barədə getdikcə daha çox sübutlar əldə olunur. Görəsən, ürək, məsələn, yediyimiz qızardılmış ətin qoxusunu hiss edirmi? Hələlik bu suala cavab yoxdur”.

Alim bildirib ki, ağızda və burunda yerləşən G-zülalla birləşmiş reseptorlar insanın dad və qoxuları hiss etməsinə kömək edir. Həmin reseptorlar qoxuların beyin tərəfindən qavranılmasına kömək edir, yeməyin keyfiyyəti barədə bizə xəbərdarlıq edir. İnsan bədənində ümumən 1000-ə yaxın reseptor var ki, bunların da 800-ü G-zülalla birləşib. Bədənimizdə dad müəyyən edən reseptorların sayı isə 27-yə bərabərdir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.