Uqandada qarşısına çıxan inək ilə toqquşmadan yayınmağa cəhd göstərən sərnişin avtobusunun sürücüsü digər avtomobillərə çırpılıb.
Trend-in "France Press"ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 14 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.
Xəbərdə deyilir ki, 8 nəfər hadisə yerində ölüb, 6 nəfər isə xəstəxanada.
Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.
Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.