Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “H.Ə.Məmmədovun Bakı Mühəndislik Universitetinin rektoru təyin edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncam ilə, Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib.
Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti ötən ilin Noyabr ayında yaradılıb.
Çinin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası və digər media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında vaksin mövzusundakı fikirlərinə geniş yer veriblər.
Qırğızıstanın “goldenbridgenews.com” və “turkeltoday.info” portalları AZƏRTAC-ın “Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib” sərlövhəli materialının tam mətnini yayımlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.