Dekabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan, Tələbələrin 65-ci Elmi-Texniki Konfransı öz işinə başlayıb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb.
Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu qeyd edən rektor universitetdə bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. M.Babanlı deyib ki, 2005-ci ildə “Thomson Reuters” şirkətinin bazasında ADNSU-nun müəllimlərinin beş məqaləsi yer aldığı halda, 2016-cı ilin on ayı ərzində bu məqalələrin sayı 46-ya çatıb.
Tekoplast şirkətinin təsisçisi, dosent Fuad Nəbiyev istehsalat ilə elmin vəhdətinin əhəmiyyətini qeyd edib.
Kimya texnologiyaları fakültəsinin dekanı, dosent Fəttah Həşimov, iqtisadiyyat və menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov çıxış edərək konfransın əhəmiyyətini diqqətə çatdırıblar.
Konfransın təşkilinin əsas məqsədi bacarıqlı və savadlı tələbələri aşkara çıxarmaq və onların bacarıqlarının gələcək layihələrdə tətbiqinə nail olmaqdır.
Qeyd edilib ki, konfransa 240 məruzə təqdim olunub. Birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplomlar, yeddi nəfərə isə həvəsləndirici mükafatlar veriləcək.
Konfrans dekabrın 13-də başa çatacaq.
“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.
“Əhaliyə limit verilib. Noyabr-oktyabr aylarından başlayaraq müəyyən edilən limiti keçən abonentlər yandırdığı sərfiyyata uyğun limiti keçdiyi üçün daha çox vəsait ödəyir. Bununla əlaqədar onlar qaz sərfiyyatı üçün ödədikləri vəsaitin çox olduğunu bildirirlər”.
Milli Məclisin yaz sessiyasında Mədəniyyət komitəsində “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib sənədlər üzərində iş davam etdiriləcək.
“İşğaldan azad olunan ərazilərdə xüsusi mühafizə olunan yerlərdə dörd yasaqlıq, iki qoruğumuz mövcud olub”.
“Azəriqaz” İstehsalat Birliyi son 10 ildə iki növ sayğacdan istifadə edir: Mexaniki-elektron və əvvəldən ödənişli (smart-tipli) sayğaclardan. Ən müasir əvvəldən ödənişli (smart-tipli) 60 min ədəd sayğac gələn ay Bakı şəhərinə gətiriləcək”.