Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib
29 Dek 2016 08:57

Bu gün Moskvada keçirilən Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayında təşkilatın rəhbər orqanlarına seçkilər keçirilib. Səsvermə nəticəsində tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib. Rəyasət Heyətinə 40, Mərkəzi Şuraya isə 160 nəfər daxildir. On nəfər isə qurumun vitse-prezidenti seçilib. Bunlar Mehrac Babayev, Vaqif Bayramov, Elman Bayramov, Mixail Qusman, Qod Nisanov, Əlizaman Rəhimov, Aleksandr Romaşin, Tahir Salahov, Ələsgər Tağıyev və İsgəndər Xəlilovdur.

Qurultayda Ümumrusiya Azərbaycan Konqresi adından Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul olunub.
Bununla da Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı işini yekunlaşdırıb.

Qeyd edək ki, qurultayın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, digər rəsmi şəxslər və Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi iştirak edib.


12 Fev 2025
Siyasət

Prezident İlham Əliyevin Somali prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.

12 Fev 2025
Siyasət

Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər.

12 Fev 2025
Siyasət

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.

12 Fev 2025
Siyasət

Azərbaycan və Somali prezidentlərinin təkbətək görüşü olub

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə təkbətək görüşü olub.

12 Fev 2025
Siyasət

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.