Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib.
REALPRESS.Az-ın xəbərinə görə, bu barədə APA-nın Moskva müxbirinin sorğusuna cavab olaraq Rusiya Ədliyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin İctimai Əlaqələr Departamentindən bildiriblər ki, ÜAK fəaliyyətində Rusiya Federasiyasının mövcud qanunvericiliyini pozub:
“Rusiya Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb. Rusiya Ədliyyə Nazirliyi “İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib”.
Qeyd olunub ki, təşkilat pozuntuları aradan qaldırmadığına görə, bu ilin martın 3-də Rusiya Ədliyyə Nazirliyi Ali Məhkəməyə təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün müraciət edib.
Rusiya Ali Məhkəməsi qərarına əsasən, müvafiq məhkəmə işinə aprelin 11-də baxılacaq.
Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.
Çinin avtomatik planetlərarası “Tianven-1” stansiyası Mars orbitindən yeni ağ-qara və rəngli fotolar yollayıb.
Koronavirusun “Britaniya ştammı” Avropanın 43, “Cənubi Afrika ştammı” 26, “Braziliya ştammı” 15 ölkəsində tapılıb.
Çin ərazisinə daxil olmaq üçün COVID-19 anal yaxma analizi məcburidir.