Ümumrusiya Azərbaycan Konqresi Beynəlxalq KVN festivalında separatşı rejimin iştirakı ilə bağlı etiraz bəyanatı yayıb

Ümumrusiya Azərbaycan Konqresi Beynəlxalq KVN festivalında separatşı rejimin iştirakı ilə bağlı etiraz bəyanatı yayıb
13 2017 14:10

Ümumrusiya Azərbaycan Konqresi yanvarın 10-da Rusiya Federasiyasının Soçi şəhərində start götürən 28-ci Beynəlxalq KVN festivalına Dağlıq Qarabağ separatçı rejimini təmsil edən komandanın dəvət edilməsi ilə bağlı Rusiyadakı Azərbaycan diasporu adından bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanatda bildirilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, dünyanın heç bir ölkəsi "Dağlıq Qarabağ Respublikası" adlı ölkə tanımır və buna görə də festivala qondarma respublikanın komandasının dəvət olunması Azərbaycanda olduğu kimi, Rusiyada yaşayan azərbaycanlıların da kəskin narazılığına səbəb olub.

“Rusiya Federasiyası dünyanın ən böyük çoxmillətli dövlətlərindən biridir. Onun ərazisində 193 millətin nümayəndəsi yaşayır. Rusiyanın milli siyasətinin məqsədlərindən biri də etnik və millətlərarası münasibətlərin harmoniyasını təmin etməkdir. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə öz çıxışında bildirib ki, tarixən yüzlərlə millət və etnik qrupların ümumi evi sayılan Rusiya üçün millətlərarası anlaşma dövlətin mövcudluğu üçün prioritet və ən vacib şərt sayılır. Rusiya Prezidentinin bu fikirləri bizlərdə böyük ümidlər yaradır, lakin indi biz bir daha Azərbaycana qarşı təxribatın şahidi olduq”- deyə bəyanatda bildirilir.

Həmçinin vurğulanır ki, qondarma respublikadan olan komandanın KVN festivalında iştirak etmək üçün Rusiya Federasiyasının sərhəddini keçməsi özü “Rusiya Federasiyasının dövlət sərhədləri haqqında” qanunun kobud şəkildə pozulması deməkdir. Bununla əlaqədar, Ümumrusiya Azərbaycan Konqresi etnik zəmində qarşıdurmaya yol verilməməsi üçün aidiyyatı qurumları müvafiq tədbirlər görməyə, həmçinin, Rusiya Federasiyasının bütün dövlət və ictimai təşkilatlarını Rusiyada millətlərarası münasibətlərin gərginləşməsinə səbəb ola bilən hər hansı bir addımların atılmasının qarşısını almağa çağırıb.


7 Fev 2025
Siyasət

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.

7 Fev 2025
Siyasət

Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib

İmişli rayonu Səmədabad kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Tərlan Fikrət oğlu Məmmədov Yevlaxda dəfn olunub.

7 Fev 2025
Siyasət

Emin Əmrullayev: "Neftçi" Azərbaycan futbolunun simasıdır"

"Bu müqavilə "Neftçi"nin strateji inkişafı üçün önəmlidir".

7 Fev 2025
Siyasət

Qarabağ Universitetinin Klinikası yaradılır

Prezident İlham Əliyev "Qarabağ Universitetinin Klinikası" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.