Yanvarın 14-də “İdrak” liseyinin təşkilatçılığı ilə “Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi” - Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr” mövzusunda təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açıb, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” dövlətimizin başçısının müvafiq Fərmanını xatırladıb.
Layihə barədə məlumat verən M.Alışov bildirib ki, bu layihə liseydə yeni təlim texnologiyalarının, kompüter, “ağıllı lövhə”, internet və digər multimedia vasitələrinin, rəngli və animasiyalı təqdimatların tədris prosesinə tətbiqinin, burada media dərs bazasının yaradılması və bu dərslərdən istifadə etməklə “45 dəqiqəlik dərs” məhdudiyyətinin aradan qaldırılmasının nə dərəcədə faydalı və səmərəli olması haqqında müəyyən təsəvvür yarada bilər. Bütün bunlar “İdrak” liseyində təhsilin yeni bir pilləsini formalaşdırmağa və növbəti mərhələyə keçidə imkan verəcək.
Tədbirdə “media dərs” nümunələri və “İdrak” liseyinin fəaliyyətindən bəhs edən film göstərilib.
Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir.
2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.