Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana təşəkkür etdi

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana təşəkkür etdi
06 Dek 2016 16:58

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın malyariya, qızılca və məxmərəklə mübarizədə uğurlarını yüksək qiymətləndirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səhiyyə Nazirliyinə Kopenhagendən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın imzası ilə minnətdarlıq məktubu daxil olub.

Sənəddə deyilir: "2016-cı il aprelin 20-də ÜST Avropa Regional Bürosu Avropa Regionu ərazisində malyariyanın yerli ötürülməsində fasiləyə nail olunduğunu bəyan etdi. Beləliklə, Avropa Regionu dünyada malyariyadan azad ilk region oldu.
Bu nailiyyəti mümkün edən möhkəm siyasi tərəfdarlığınıza, yüksək sayıqlığınıza və sərf etdiyiniz resurslara görə sizə ÜST adından minnətdarlığımı bildirmək istərdim".

Səhiyyə Nazirliyinə daha iki sənəd Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyasından daxil olub. Sənədlərdən birində deyilir:

“Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən yaradılmış Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyası təsdiq edir ki, Azərbaycan 2012-ci ilin yanvar ayından 2014-cü ilin dekabr ayınadək olan müddətdə qızılcanın rəsmi sənədlə təsdiqlənmiş eliminasiyasına nail olub. Bu fakt bütün Avropa regionunda qızılca və məxmərəyin eliminasiyası məqsədinə çatmaq üçün əhəmiyyətli töhfədir”.

Digər sənəd analoji olaraq həmin dövrdə Azərbaycanda məxmərəyin eliminasiyasına nail olunduğunu rəsmi təsdiqləyir.

Hər iki sənədi Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyası adından komissiyanın sədri Günter Pfaf imzalayıb.


9 İyun 2023
Cəmiyyət

Metro işçilərinin maaşları 15 % artırılıb

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

9 İyun 2023
Cəmiyyət

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

9 İyun 2023
Cəmiyyət

Bakı metrosunun stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

"Bakı Metropoliteni" QSC-nin stansiy və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.

9 İyun 2023
Cəmiyyət

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

9 İyun 2023
Cəmiyyət

Pirşağıda qamışlıq sahə yanır

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.