Ümumdünya Xərçəng Günü ilə bağlı vətəndaşların onkoloji xəstəliklərə dair sualları cavablandırılıb VİDEO

Ümumdünya Xərçəng Günü ilə bağlı vətəndaşların onkoloji xəstəliklərə dair sualları cavablandırılıb VİDEO
04 2017 16:57

Fevralın 4-də paytaxtın “Gənclik Mall” və “Park Bulvar” ticarət mərkəzlərində Ümumdünya Xərçəng Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd əhalinin xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi sahəsində əhalinin məlumatlılığını artırmaqdır.

Tədbirdə xərçəng şişinin erkən mərhələdə aşkar edildikdə müvəffəqiyyətlə müalicə olunduğunu deyən Milli Onkologiya Mərkəzinin (MOM) baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli dünyada bütün xəstəliklərdə olduğu kimi, xərçəng xəstəliyində də artım müşahidə edildiyini bildirib. Qeyd olunub ki, qonşu ölkələrin statistik məlumatları ilə müqayisədə ölkəmizdə bu xəstəliyə tutulanların sayının bir o qədər də çox deyil. Ekologiya problemləri, qida rejimi, yeyinti məhsullarının keyfiyyəti, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanma və radiasiya səviyyəsinin çoxalması onkoloji xəstələrin sayının artmasında əsas rol oynayır. Bu xəstəlikdən qorumaq üçün ildə bir dəfə həkim müayinəsindən keçmək lazımdır.

Tədbir çərçivəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri vətəndaşlara maarifləndirici bukletlər paylayıblar.

Sonra tədbirdə vətəndaşların sualları cavablandırılıb.

Qeyd edək ki, Ümumdünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis edilib. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.







13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.