Hər il olduğu kimi, bu ildə də Milli Onkologiya Mərkəzi tərəfindən Ümumdünya Xərçəng Günü ilə bağlı Bakıda və regionlarda xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi sahəsində əhalinin məlumatlılığının artırılması məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə fevralın 4-də paytaxtın “Gənclik Mall” və “Park Bulvar” ticarət mərkəzlərində keçiriləcək tədbirlərdə xərçəng xəstəliklərinə dair vətəndaşlara faydalı məlumatlar veriləcək, bukletlər paylanacaq. Tədbir zamanı təcrübəli onkoloqlar tərəfindən vətəndaşların onkoloji xəstəliklərə dair sualları cavablandırılacaq, sağlamlıqlarını qorumaq üçün müvafiq faydalı tövsiyələr veriləcək.
Qeyd edək ki, Ümumdünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis edilib. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.
Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.